Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb
Bakı, 22 yanvar, AZƏRTAC
Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, “Qarabağ”ın təcrübəli çalışdırıcısının yubileyi Çempionlar Liqasının Liqa mərhələsinin VII turuna təsadüf edib.
Azərbaycan çempionu “Ayntraxt”la (Frankfurt, Almaniya) ev matçında 3:2 hesabı ilə qalib gəlib. Bu, “Qarabağ”ın Qurbanovun baş məşqçiliyi dövründə 471-ci qələbəsi olub. Mütəxəssis “Neftçi”də 25, Azərbaycan milli komandasında 4 qələbədə pay sahibi olub. Klub karyerasındakı 496 qələbədən 364-ü Premyer Liqa, 54-ü ölkə kuboku, 78-i avrokuboklarda qeydə alınıb. Mütəxəssisin 500-cü qələbəsi karyerasındakı 857-ci matça təsadüf edib. O, komandaları ilə keçirilən oyunların 58,34 faizində qalib gəlib.
Qeyd edək ki, Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006/2007-ci illər mövsümündə “Neftçi”nin “sükanı arxası”nda əldə edib. 2006-cı il avqustun 6-da “Gənclərbirliyi”ni qəbul edən paytaxt təmsilçisi böyük hesabla qalib gəlib – 6:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]