“Qürur və qərəz” filmində Kolin Förtun geydiyi köynək hərracda satışa çıxarılıb
Bakı, 7 mart, AZƏRTAC
“Qürur və qərəz” filminin ekran uyğunlaşdırmasında Darsi rolunu canlandıran ingilis aktyoru Kolin Förtun məşhur köynəyi “Kerri Teylor Auksionları” hərracında 20 min funt sterlinqə (25 min dollar) satılıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, yaraşıqlı Förtün gölməçədən çıxaraq gələcəkdə əsl sevgisinə çevriləcək Elizabet Benneti (Cennifer El) heyran etdiyi səhnə Britaniya televiziyasında filmin ən yaddaqalan məqamı kimi xatırlanır.
Satışa çıxarılan digər əşyalar arasında 1950-ci illərdə Madonnanın 1996-cı ildə “Evita” filmində rol aldığı zaman geydiyi və 40 min funt sterlinqə (50 min dollar) satılan, “Christian Dior”un hazırladığı tafta bal paltarı və Conni Deppin “Yuxulu dərə” filmindəki İkaboda Kreyn rolu üçün geydiyi və 24 min funt sterlinqə (30 min dollar) satılan kostyumu da var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]