QUŞ QRİPİNİN QLOBAL EPİDEMİYASI DÜNYA İQTİSADİYYATINA 1-2 TRİLYON DOLLAR ZİYAN VURACAQ
Bankın təhlilçiləri son hesablamalarında belə qənaətə gəlmişlər ki, qlobal quş qripi epidemiyası baş versə, dünya iqtisadiyyatı ümumi daxili məhsulun təxminən 30 faizini itirəcəkdir. Bu, dünya iqtisadiyyatı üçün zərərin 1 trilyon dollarına bərabərdir, əgər epidemiya ən pis “ssenari” üzrə getsə, onda zərər 2 trilyon dollara da çata bilər.
Cim Adams qeyd etmişdir ki, Dünya Bankı quş qripinin qeydə alındığı ölkələrdə xəstəliyin profilaktikası üçün səylərini əsirgəmir. Bugünədək Bank təhlükəli virusla mübarizəyə dair müxtəlif layihələrin gerçəkləşdirilməsi üçün 11 ölkəyə - Azərbaycan, Albaniya, Ermənistan, Gürcüstan, Qırğızıstan, Laos, Moldova, Nigeriya, Tacikistan, Türkiyə və Vyetnama 150 milyon dollar göndərmişdir.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2003-cü ilin axırlarından bəri dünyada 144 adam quş qripindən ölmüşdür. Lakin ekspertlər ehtiyatlanırlar ki, virus mutasiya edərək, insandan insana keçə bilər. Artıq bu halda bəşəriyyət quş qripi pandemiyası ilə üzləşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]