Qusarda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir
Qusar, 17 yanvar (AZƏRTAC). Qusar rayonunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, Qusardakı Heydər Əliyev Mərkəzində təşkil olunmuş anım mərasimində rayonun ümumtəhsil məktəblərinin müəllimləri və şagirdləri faciəyə həsr olunmuş filmə baxmışlar.
Mərkəzin direktoru Neva Abdurahmanova tədbir iştirakçılarına sovet ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qətliamdan bəhs etmişdir. O demişdir ki, 20 Yanvar Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixində mühüm bir mərhələ olmuşdur.
20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş daha bir tədbir Qusar Rayon Mərkəzi Kitabxanasında təşkil edilmişdir.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]