ELM VƏ TƏHSİL
Qütb maye udma zolaqlarının vizuallaşdırılmasının rəqəmsal modeli – tədqiqat


Bakı, 4 oktyabr, AZƏRTAC
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Çimnaz Şabanovanın “Qütb maye udma zolaqlarının vizuallaşdırılmasının rəqəmsal modeli” (Digital model of polar liquid absorption bands visualization) adlı məqaləsi yeni elmi araşdırmalardan bəhs edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə qütb mayelərinin udma zolaqlarının spektrinin avtomatlaşdırılmış hesablanması üçün yüksək dəqiqlikli üsul təklif olunub. Mikrodalğalı diapazonda tədqiq olunan mayenin impulslu zondlanması zamanı dalğa əks etdirmə əmsalının paylanmasının rəqəmsal səthinin vizuallaşdırılması üçün proqram modulu hazırlanıb.
Məqalə “Web of Science” beynəlxalq bazasına daxil olan “Chemical Papers” jurnalında dərc olunub.