Qvineya-Bisau Azərbaycanın enerji sahəsindəki təcrübəsinə maraq göstərir
Bakı, 4 iyun, AZƏRTAC
Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla Qvineya-Bisaunun ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriato Luis Soares Kassama arasında görüş olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın neft-qaz və bərpaolunan enerji üzrə transsərhəd layihələri və yaşıl enerji potensialının inkişafı, eləcə də Qvineya-Bisaunun enerji təminatının yaxşılaşdırılması planları ilə bağlı fikir mübadiləsi aparılıb.
Qvineya-Bisaulu nazir Azərbaycanın enerji sahəsində zəngin təcrübəsinin ölkəsi üçün faydalı olacağını vurğulayıb. Neft-qaz, bərpaolunan enerji layihələrinin həyata keçirilməsi, enerji məsələlərinin tənzimləməsi istiqamətləri üzrə təcrübə və bilik mübadiləsi və kadr hazırlığına dəstək istiqamətlərində əməkdaşlığa maraq ifadə edilib. Bu xüsusda əməkdaşlıq əlaqələrinin qurulması üçün yol xəritəsinin hazırlanması, ekspertlər arasında görüşlərin və seminarların keçirilməsi barədə razılıq əldə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]