Ramazan bayramında dəmir yolu ilə 46 mindən çox sərnişin daşınıb
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən Ramazan bayramı günlərində şəhərətrafı və ölkədaxili 46 mindən artıq sərnişin daşınıb.
ADY-dən AZƏRTAC-a bildirilib ki, bu, ötən ilin bayram günləri ilə müqayisədə 29 faiz çoxdur.
Bakı-Qəbələ-Bakı marşrutu ilə səfər edənlərin sayında isə keçən ilə nisbətən 260 faiz artım qeydə alınıb.