Rapid və blits üzrə dünya çempionatı Polşada keçiriləcək
Bakı, 13 dekabr, AZƏRTAC
Rapid və blits üzrə dünya çempionatına Polşanın paytaxtı Varşava ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytında məlumat verilib. Turnirin əvvəlcə nəzərdə tutulduğu tarixdə - bu il dekabrın 25-dən 30-dək keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, bundan əvvəl çempionatın Qazaxıstanda keçirilməsi planlaşdırılsa da, sonradan COVID-19 pandemiyası səbəbindən baş tutmayacağı bildirilmişdi.
Xatırladaq ki, 2019-cu ildə Moskvada keçirilən son dünya çempionatında kişilər arasında Maqnus Karlsen həm rapid, həm də blits üzrə yarışların qalibi adını qazanıb. Qadınlar arasında isə hindistanlı Humpu Koneru rapid, rusiyalı Katerina Laqno isə blits üzrə dünya çempionu adına sahib olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [23:19]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [22:52]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]