Ravvin Zamir İsayev: Güclü dövlət naminə seçimimizi edəcəyik
Bakı, 18 yanvar, AZƏRTAC
Bu il fevralın 7-nə təyin edilmiş prezident seçkilərində Azərbaycanın yəhudi mənşəli vətəndaşları da hər zaman olduğu kimi fəal iştirak edəcəklər. Azərbaycan Gürcü - Sefarad yəhudiləri dini icması növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarını müsbət qarşılayır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “secki-2024.az” saytına açıqlamasında Azərbaycan Gürcü - Sefarad yəhudiləri dini icmasının sədri, ravvin Zamir İsayev deyib.
“Bu seçkilər ümumilikdə Azərbaycanın, o cümlədən cəmiyyətimizin, dövlətimizin daha da inkişafına öz töhfəsini verəcək”, - deyə ravvin əlavə edib.
Zamir İsayev Azərbaycanın qazandığı nailiyyətlərin uğurla davam etdiriləcəyinə inanır. Ravvin hesab edir ki, Azərbaycan dövləti qazandığı Zəfəri, uğurları qoruyub-saxlamaq gücündədir. Bu seçkilərdə də ölkə ictimaiyyəti daha güclü dövlət naminə öz seçimini edəcəklər.
O, sonda sədri olduğu icma üzvlərini seçkilərdə fəal iştiraka səsləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]