CƏMİYYƏT
Rayonlarda hava şəraiti yağıntılı olub, Şahdağa sulu qar yağıb – Faktiki hava
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-ü saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb.
AZƏRTAC-a Milli Hidrometorologiya Xidmətindən bildirilib ki, Şahdağa sulu qar yağıb.
Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakəndə 14 mm, Şəkidə 8 mm, Qrızda 6 mm, Qax, Göygöl, Ağsu, Daşkəsən, Gədəbəy, Şəmkir, Ceyrançöl, Oğuz, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Astara, Mingəçevirdə 5 mm-dək olub.
Aprelin 22-də şimal-qərb küləyi arabir Balakən, Naftalanda 18 m/s, Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 22 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19-24, Naxçıvan MR-da 24-29, Aran rayonlarında 29, dağlıq rayonlarda 20 dərəcəyədək isti olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:38]
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO
- 03.05.2024 [17:12]