“Real Madrid Fondu”nun Azərbaycanda ardıcıl beşinci mövsümü
Madrid, 12 yanvar, AZƏRTAC
İspaniyanın “Real Madrid” klubunun rəsmi internet səhifəsində bu klubun fondunun Azərbaycandakı fəaliyyətindən bəhs olunub.
AZƏRTAC xəbər verir ki, “Real Madrid Fondu”nun Azərbaycanda ardıcıl beşinci mövsümü” sərlövhəli yazıda Azərbaycan hökumətinin Fond ilə əməkdaşlıq müqaviləsinin müddətini artırdığı bildirilib. Vurğulanıb ki, bunun sayəsində Bakıda fəaliyyət göstərən, xüsusi qayğıya ehtiyacı olan yeniyetmələr üçün nəzərdə tutulmuş idman məktəbi fəaliyyətini davam etdirəcək. Ötən dövr ərzində bu qəbildən 1500-dək yeniyetmə həmin idman məktəbinin xidmətindən yararlanıb.
Məqalədə qeyd olunub ki, “Real Madrid Fondu”nun dəstəyi ilə fəaliyyət göstərən idman məktəbində əsasən qaçqın və məcburi köçkün uşaqlar xüsusi metodologiya üzrə futbolun sirlərinə yiyələnirlər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]