“Real Madrid” klubu Avroliqanın qalibi olub
Bakı, 22 may, AZƏRTAC
İspaniyanın “Real Madrid” basketbol klubu Avroliqanın qalibi olub.
AZƏRTAC xəbər verir ki, çempionluq uğrunda görüşdə Madrid təmsilçisi Yunanıstanın “Olimpiakos” komandasını 79:78 hesabı ilə məğlub edib. Matç Litvanın Kaunas şəhərindəki “Jalgiris Arena”da keçirilib.
Üçüncü yer uğrunda görüşdə isə “Monako” klubu “Barselona”dan üstün olub - 78:66.
Turnirin yarımfinal mərhələsində “Olimpiakos” komandası “Monako”ya 76:62, “Real Madrid” klubu isə “Barselona”ya 78:66 hesabı ilə qalib gəlib.
“Olimpiakos” sonuncu dəfə 2013-cü, “Real Madrid” isə 2018-ci ildə turnirin qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]