“Real Madrid”in 9 futbolçusu La Liqada növbəti oyunu buraxacaq
Bakı, 12 dekabr, AZƏRTAC
“Real Madrid” İspaniya La Liqasının XVI turunun “Alaves”lə oyununa ciddi itkilərlə çıxacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə AS və “Marca” nəşrləri məlumat yayıb.
Bildirilib ki, “kral klubu”nun heyətində Dani Karvahal, Eder Militao, Trent Aleksander-Arnold, Eduardo Kamavinqa, Endrik, David Alaba, Alvaro Karreras, Fran Qarsiya və Ferlan Mendi zədə səbəbindən matçı buraxacaqlar.
Kilian Mbappe, Din Heysen və Federiko Valverdenin də oynaması sual altındadır. Onların durumuna oyun günü aydınlıq gələcək.
Qeyd edək ki, dekabrın 14-dən 15-nə keçən gecə keçiriləcək “Alaves” – “Real Madrid” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:16]
UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub
- 10.08.2026 [17:08]
Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar
- 10.08.2026 [16:41]
Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
- 10.08.2026 [16:14]
“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi
- 10.08.2026 [15:11]
NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib
- 10.08.2026 [13:56]
Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb
- 10.08.2026 [13:30]
“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib
- 10.08.2026 [13:24]