Rəcəb Tayyib Ərdoğan: Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiq etməyəcək
Bakı, 1 fevral, AZƏRTAC
Türkiyə İsveçin Şimali Atlantika Alyansına üzvlüyü barədə müraciətini təsdiqləməyəcək.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyası fraksiyasının parlamentdəki iclasında çıxışı zamanı İsveçin NATO-ya üzvlüyünün təsdiq olunmayacağını, Finlandiyanın üzvlüyü ilə bağlı isə müsbət qərar verilə biləcəyini deyib.
“İsveç vaxtını boşuna sərf etməməlidir. Müqəddəs kitabımız - Quranın yandırılmasına və cırılmasına imkan verildiyi müddətdə sizin NATO-ya daxil olmanıza “hə” deyə bilmərik. Eyni zamanda, Finlandiyanın üzvlüyünə münasibətimiz müsbətdir”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:30]
Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək
- 13.10.2026 [17:14]
İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib
- 13.10.2026 [16:43]