MƏDƏNİYYƏT
RƏSM QALEREYASI ZƏNGİNLƏŞİR
Keçən ilin mart ayında açılan Kürdəmir Dövlət rəsm qalereyası yeni sənət nümunələri hesabına get-gedə zənginləşir. Dövlət şəkillər qalereyasından verilmiş 92 və Dövlət Rəssamlıq Akademiyasının hədiyyəsi olan 12 sənd nümunəsi hesabına burada əsərlərin sayı 120-yə çatdırılmışdır. Xalq rəssamı Səttar Bəhlulzadənin heykəli qoyulmuş böyük salonda xalq rəssamı Kamil Xanlarovun nümayiş etdirilən “Nəsimi” əsəri qalereyanın ən gözəl incilərindəndir.
Rəsm qalereyasının direktoru rəssam İlqar Muradov müxbirimizə bildirmişdir ki, burada tez-tez həvəskar rəssamların, məktəblilərin əl işlərinin sərgiləri təşkil olunur, ən yaxşı əsərlər hesabına eksponatlar zənginləşir. Hazırda “Xocalı uşaqların gözü ilə” sərgisinin açılışına hazırlıq işləri görülür.