RESPUBLİKA AĞSAQQALLAR ŞURASININ TOPLANTISINDA PREZİDENT SEÇKİLƏRİNƏ HAZIRLIQLA BAĞLI MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, sentyabrın 19-da AMEA-ın Rəyasət Heyətinin iclas zalında Respublika Ağsaqqallar Şurasının toplantısı keçirilmişdir. Toplantıda qarşıdan gələn prezident seçkilərinə hazırlıq işləri ilə bağlı şura üzvlərinin görəcəyi işlərə dair məsələlər müzakirə olunmuşdur.
Tədbirdə çıxış edən ağsaqqallar seçkilərin demokratikliyinin və şəffaflığının təmin olunması ilə bağlı paytaxtda və bölgələrdə görülən işləri, seçicilərin maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişlər.
Şuranın sədri, akademik Budaq Budaqov seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün ölkədə mükəmməl qanunvericilik bazasının yaradıldığını, demokratik mühitin formalaşdırıldığını qeyd etmiş, ağsaqqalları gənc seçicilərin maarifləndirilməsi işində fəal olmağa çağırmışdır.
Bildirilmişdir ki, seçkilərdə mütəşəkkilliyin təmin olunmasında yaşlı nəslin rolu boyükdür. Buna görə də seçkiqabağı proseslərdə ağsaqqalların fəal iştirakının təmin olunması şuranın əsas vəzifələrindən biridir.
######
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]