“RESPUBLİKA” BANKI UDUŞ KAMPANİYASINI DAHA 6 AY MÜDDƏTİNƏ UZATMIŞDIR
Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hər bir 1000 USD/AUR/AZN məbləğində əmanətə ayda 2 uduş imkanı düşür. Belə ki, hər ay hər biri 1000 dollar məbləğində 2 pul mükafatı oynanılır.
Xatırladaq ki, “Respublika” bankı bu kampaniyaya ötən ilin iyununda başlamış və həmin dövr ərzində 12 uduş kampaniyası keçirilmişdir. 24 əmanətçi qalib gəlmiş, hər biri 1000 dollar udmuşdur. Həmin dövrdə əhalinin “Respublika” bankına qoyduğu müddətli əmanətlər 2 dəfədən çox artmışdır.
Kampaniyanın uğur qazanması və bankın müştərilərinin marağı bu aylıq uduş kampaniyasının uzadılmasına səbəb olmuşdur. Növbəti oyun avqustun 15-də keçiriləcəkdir.
Hazırda bank öz müştəriləri arasında kartlar üzrə də uduş kampaniyası aparır. Bankın “MasterCard” və “Maestro” plastik kartlarının sahibi olan müştəriləri “İtaliyaya səfər” uduş kampaniyasında iştirak edirlər. Əsas mükafat İtaliyaya 7 gün müddətinə 4 nəfərlik səfərdir. Kompyuter və iPod musiqiçaldıran cihazlarından ibarət əlavə 15 mükafat da oynanılır.