RESPUBLİKAMIZDA QARAYARA XƏSTƏLİYİ ÜZRƏ EPİZOOTİK VƏZİYYƏT SABİTDİR
Bakı, 11 avqust (AZƏRTAC). Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) bildirmişlər ki, bir sıra kütləvi informasiya vasitələrində heyvandarlıq təsərrüfatlarını qarayara xəstəliyinin bürüməsi barədə yayılmış məlumatın heç bir əsası yoxdur.
Son illər Azərbaycanda qarayara xəstəliyinə qarşı aparılan profilaktiki tədbirlər sayəsində heyvanlar arasında bu xəstəliyə təsadüf olunmur. Əvvəlki illərdə olduğu kimi, cari ilin 1-ci və 2-ci rübləri ərzində ölkəmizdə xəstəliyə həssas bütün kənd təsərrüfatı heyvanları dövlət büdcəsindən ayrılan vəsait hesabına alınmış vaksinlə qarayara xəstəliyinə qarşı peyvənd olunmuşlar.
DBX xatırladır ki, respublikamızda qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirləri vaxtı-vaxtında həyata keçirilir. Ölkədə bu xəstəliyə görə epizootik vəziyyət sabitdir və qarayaraya qarşı kifayət qədər vaksin vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]