RF MÜDAFİƏ NAZİRLİYİ SİLAHLI QÜVVƏLƏRİN İNKİŞAFINA DAHA ÇOX VƏSAİT AYIRACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, RF müdafiə naziri Sergey İvanov bunu Prezident Vladimir Putinlə görüşündə bildirmişdir. Nazirin sözlərinə görə, 2010–cu ilədək Müdafiə Nazirliyi xərclərin elə ideal nisbətinə nail olmalıdır ki, bu zaman vəsaitin 50 faizi silahlı qüvvələrin saxlanmasına, 50 faizi isə, döyüş hazırlığı da daxil olmaqla, onların inkişafına ayrılsın. S.İvanov demişdir ki, 2005-ci ildə bu nisbət silahlı qüvvələrin saxlanması üçün 60 faiz, onların inkişafı üçün isə 40 faiz təşkil edəcəkdir.
Nazir həmçinin bildirmişdir ki, gələn il silah alınmasına daha çox vəsait sərf etmək mümkün olacaqdır. Elmi tədqiqat və təcrübə-konstruktor işlərinə daha az vəsait xərclənəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]