“Rheinmetall” Britaniya ordusu üçün silah qurğuları istehsal edəcək
Berlin, 31 iyul, AZƏRTAC
Almaniyanın müdafiə sənayesi konserni “Rheinmetall” Böyük Britaniya Silahlı Qüvvələrinin əsas modernləşdirmə layihələrindən biri çərçivəsində yeni sifariş alıb.
AZƏRTAC xəbər verir ki, şirkət Britaniya Ordusu üçün nəzərdə tutulan “RCH 155” özüyeriyən haubitsaların 155 millimetrlik silah qurğularını istehsal edəcək. Sifarişin dəyərinin bir neçə yüz milyon avro təşkil etdiyi bildirilir.
Müqaviləyə əsasən, “Rheinmetall” ümumilikdə 72 silah qurğusu, həmçinin bort alətləri, texniki sənədlər və təlim materialları təqdim edəcək. İstehsal şirkətin İngiltərənin Telford şəhərində fəaliyyətə başlayan yeni artilleriya zavodunda həyata keçiriləcək.
“RCH 155” sistemi Almaniya və Böyük Britaniyanın birgə satın aldığı müasir artilleriya platformasıdır. O, “Boxer” zirehli texnikasının şassisi üzərində quraşdırılıb və tam avtomatlaşdırılmış, ekipajsız qüllə ilə təchiz edilib. Sistemin əsas üstünlüklərindən biri hərəkət zamanı atəş açmaq imkanına malik olmasıdır ki, bu da onu öz sinfinin ən müasir artilleriya sistemlərindən birinə çevirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]