Riyad əl-Maliki: Regional sabitliyin təmini üçün münaqişələrin həlli vacibdir
Azərbaycanda səfərdə olan Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Maliki oktyabrın 16-da ADA Universitetində Yaxın Şərqdə təhlükəsizlik məsələsi ilə bağlı çıxışında deyib ki, regional sabitliyin təmini üçün münaqişələrin həlli vacibdir.
AZƏRTAC xəbər verir ki, nazir münaqişələrin həlli istiqamətində birgə səylərin göstərilməsinin zəruriliyini qeyd edib.
Riyad əl-Maliki Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv olduğu dövrdə Yaxın Şərq probleminə, eləcə də Fələstin məsələsinə xüsusi diqqət göstərdiyini xatırladıb. O, rəsmi Bakının beynəlxalq təşkilatlarda Fələstinə hər zaman dəstək verdiyini vurğulayıb, buna görə minnətdarlığını bildirib.
ADA Universitetinin rektoru Hafiz Paşayev Riyad əl-Malikinin Bakıya səfərinin Azərbaycan-Fələstin əlaqələrinin, xüsusilə sosial, humanitar sahələrdə əməkdaşlığın gələcək inkişafı baxımından önəmini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]