Roma Papası hərbi xərcləri aclıqla mübarizəyə yönəltməyə çağırıb
Bakı, 2 dekabr, AZƏRTAC
Roma Papası Fransisk hərbi sənayeyə cəlb olunan vəsait hesabına aclıqla mübarizə üzrə beynəlxalq fondun yaradılmasını təklif edib.
AZƏRTAC xəbər verir ki, bu barədə pontifikin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında səsləndirilən çıxışında deyilir.
Papa Fransisk səhhətinə görə konfransda iştirak edə bilməyib. Onun çıxışını Müqəddəs Taxt-Tacın nümayəndə heyətinə rəhbərlik edən Vatikanın dövlət katibi kardinal Pietro Parolin səsləndirib.
“Bəşəriyyət dünyada baş verən müharibələrə çoxlu enerji sərf edir. Müharibələr problemləri həll etmir, əksinə, onların artmasına səbəb olur. Ümumi evimizi məhv edən silahlara nəhəng resurslar xərclənir. Hərbi məqsədlər üçün ayrılan vəsait hesabına iqlim dəyişikliyindən əziyyət çəkən yoxsul ölkələrdə aclığın aradan qaldırılması və davamlı inkişaf layihələri üçün beynəlxalq fondun yaradılmasını təklif edirəm”, - deyə çıxışın mətnində bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]
Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar
- 06.10.2026 [12:55]
Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
- 06.10.2026 [12:46]