Roma Papasının səfəri ilə bağlı Lissabona bir milyon zəvvarın gələcəyi gözlənilir
Bakı, 1 avqust, AZƏRTAC
Portuqaliyanın paytaxtı Lissabon bu həftə Roma Papasının səfəri ilə bağlı bir milyon zəvvarı qəbul etməyə hazırlaşır.
AZƏRTAC “El Pais” qəzetinə istinadla xəbər verir ki, bu, Portuqaliya tarixində ən kütləvi tədbir ola bilər. Belə ki, Lissabonun 550 min nəfərdən az əhalisi var. İndiyə qədər rəsmi olaraq 313 min zəvvar qeydiyyatdan keçib ki, onların da 19 faizi İspaniya vətəndaşlarıdır.
Yerli hakimiyyət orqanları təhlükəsizliyin təmin olunmasına 16 min polis və təcili xidmət əməkdaşı cəlb edəcək. Həftə ərzində 500 tədbirin keçirilməsi planlaşdırılır. Portuqaliya hökuməti və kilsə bunun üçün 160 milyon avro ayırıb.
Roma Papası Fransiskin Portuqaliyaya səfəri Ümumdünya gənclər günü münasibətilə avqustun 2-dən 6-dək nəzərdə tutulub. Pontifikin Lissabon şəhərində keçiriləcək tədbirlərdə iştirak edəcəyi gözlənilir.
Hər iki-üç ildən bir keçirilən gənclər yığıncağında ənənəvi olaraq Roma-katolik kilsəsinin rəhbərləri də iştirak edirlər. Ümumdünya gənclər günü 1986-cı ildə Roma Papası İoann II Pavel (1920-2005) tərəfindən təsis edilib. Müxtəlif ölkələrdə keçirilən tədbir sonuncu dəfə 2019-cu ildə Panamada baş tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
- 29.09.2026 [10:44]
Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb
- 29.09.2026 [10:42]
Suriyada qaz kəməri partladılıb
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [20:00]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [19:58]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:44]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:36]