Azərbaycan Dövlət İnformasiya Agentliyi

Roma tətilləri: uçuş, otel və...pizza!

Bakı, 22 noyabr, AZƏRTAC

İtaliya bir sıra səbəblərə, o cümlədən birbaşa uçuşların mövcudluğu, maarifləndirici, qastronomik və rekreasiya turizmi üçün müxtəlif imkanlar, cəlbedici qiymətlər və göstərilən xidmətlərin yüksək səviyyəsinə görə Azərbaycan turistləri arasında ən populyar istiqamətlərdən biridir. İlk növbədə, bir qayda olaraq, səyahətçilər hər şeyi bir anda əldə etmək üçün ölkənin paytaxtına - Romaya üz tuturlar. Həqiqətən də, bu şəhərdə çoxlu sayda tarixi attraksionlar, ölkənin bütün bölgələrindən mətbəx nümunələri olan ən yaxşı restoranlar, ən böyük ticarət mərkəzləri və mağazalar var. İtaliyanın şəhərlərindən birinə ekskursiya etmək istəyirsinizsə, sərnişinlər üçün sürət qatarlarının ən ucqar bölgələrə səfərləri mövcuddur. Biz İtaliyaya səfərimizə də Romadan başladıq və gördüklərimizlə bağlı təəssüratları sizinlə bölüşmək istəyirik!

Gəlin macəraya doğru uçaq

Azərbaycan və İtaliya arasında hava körpüləri çoxdan mövcuddur və normal işləyir. Bakıdan Roma və Milana birbaşa reyslər, eyni zamanda, həm də ölkənin bir çox digər şəhərlərinə tranzit uçuşlar həyata keçirmək olar. Səfərimiz üçün İstanbuldan tranzit reysini seçdik. Bakıdan İstanbula uçuş təxminən iki saat davam edir və İstanbuldan Romaya da təqribən eynidir. Romanın İtaliyanın ən böyük hava limanı olan “Fiumicino-Leobnardo da Vinçi” hava limanına çatdıqdan və baqajın götürülməsi ilə bağlı rəsmiyyətləri həll etdikdən sonra biz daha bir məsələni həll etməyə çalışırıq: şəhərə necə çatmaq olar? Hava limanı Romanın mərkəzindən olduqca uzaqda - 30 kilometrdən çox məsafədə yerləşir. Seçmək üçün iki əsas nəqliyyat vasitəsi var - qatar və ya avtobusla səyahət. Onlardan ən sürətlisi “Leonardo” ekspress qatarıdır və o, sizi dayanmadan, təxminən yarım saata Romanın mərkəzi “Termini” stansiyasına aparır. Bu səfər adambaşına 17,90 avroya başa gələcək. Siz avtobusa da minə bilərsiniz: bu gediş 6-7 avroya başa gəlir və təxminən bir saat çəkir. Bu seçim bizim üçün daha uyğun oldu. Servis Avropa şəhərlərinin ənənəsinə uyğun olaraq paytaxtın tam mərkəzində yerləşən Termini stansiyasına da çatır. Buradan şəhərin istənilən nöqtəsinə asanlıqla gedə bilərsiniz. Stansiya metro stansiyası ilə birləşir, biz bundan yararlanmaq qərarına gəldik.

Roma metrosunun özəllikləri

Birincisi, biletləri stansiyalarda quraşdırılmış xüsusi avtomat kassalardan almalısınız. Sonradan məlum olduğu kimi, bəzi stansiyalarda biletləri müəyyən saatlarda dai kassalardan da almaq olar. Bilet aparatları iki növə bölünür - yalnız kartla ödənişli olanlar və nağd pulu da qəbul edənlər. Sonunculara böyük tələbat var, çünki kartla ödəniş bizə məlum olmayan səbəblərdən çox vaxt alınmır. Bir saatlıq ictimai nəqliyyata (metro və avtobus) biletin qiyməti 1,5 avro və kağız kart üçün 10 sentdir. Siz bu kartı saxlaya və növbəti dəfə balansınızı artıra bilərsiniz. Bundan əlavə, dərhal bir neçə səfər üçün və ya bir gün, iki, bir həftə üçün də bir kart ala bilərsiniz, yəni, burada bir çox seçim var.

Roma metrosu Avropada ən gənc sayılır. Bu metro 1955-ci ildə açılıb və üç xətdən ibarətdir. İlk baxışdan stansiyaların müxtəlif səviyyələrdə yerləşməsi qeyri-adi görünür və bir xətdən digərinə keçmək üçün pilləkənlərdən və eskalatorlardan istifadə etməli olursunuz, lakin bir-iki günə öyrəşib çətinlik çəkmədən yolunuzu tapmağa başlaya bilərsiniz. Metro qatarları da fərqlidir; onların elektron displeyli müasirləri, həmçinin metro xəritəsinin köhnə üslubda, yazılı təyinatla təqdim olunduğu köhnələri də var. Amma bu, həmişə olmur və elektron işarənin olması onun işləyəcəyinə zəmanət vermir, ona görə də düzgün istiqamətdə hərəkət etdiyinizə əmin olmaq və stansiyanızı dəqiq müəyyən etmək üçün diqqətli olmalısınız. “Termini” stansiyasından otelimizin yerləşdiyi “Bolonya” stansiyasına cəmi üç dayanacaq var idi, ona görə də düzgün qatara minmək bizim üçün asan oldu.

Otel seçimində necə səhv etməmək olar?

Yeri gəlmişkən, otellər haqqında. Bu, lazımi diqqətlə müəyyən edilməli olan hər hansı bir səyahətin başqa bir vacib komponentidir. İtaliyanın isə bu baxımdan özünəməxsus xüsusiyyətləri var. Təcrübəmizə əsaslanaraq deyə bilərik ki, bu ölkədə mehmanxanaların səviyyəsi heç də həmişə elan olunmuş ulduzlara uyğun gəlmir. İtaliyada keçirdiyimiz səkkiz gecə ərzində altı otel dəyişdirdik və onlardan ikisi bizi məyus etdi. Romada adını çəkmək belə istəmədiyim otellərdən biri bizi şoka saldı. Özünü rezervasiya saytında dörd ulduzlu otel kimi təqdim edən bu mehmanxananın sonda bir ulduza belə layiq olmadığı ortaya çıxdı. Təsəvvür edin ki, dar otaq, beton döşəmə üzərində çarpayı və su təchizatının kəsilməsi ilə qarşılaşırsınız. Eyni zamanda, yuxarıda qeyd olunan saytda bu müəssisə haqqında yüzlərlə müsbət rəylər var idi. Bəs belə hadisələrin qarşısını necə almalı, nələrə diqqət etməli?

Öz təcrübəmizə əsaslanaraq, bunları ümumiləşdirə bilərik: tanınmış qlobal şəbəkələrdən otellər seçməyə çalışın. Hətta sadə 2 və ya 3 ulduzlu olanlar da ən azı gözləntiləri doğruldacaq, çünki böyük zəncirlər onların nüfuzundan narahatdırlar. Sizi yalnız xoş sürprizlər gözləyəcək.

Kolizey mənzərəli pizza

Üç metro stansiyasından “Termini”yə qayıtdıqdan sonra başqa xəttə keçirik və daha iki stansiyaya gedirik. Kolizey eyniadlı “Colosseo” metro stansiyasının düz kənarında yerləşir. Stansiyadan çıxan kimi bu qədim tikili dərhal qarşınıza çıxır. Romanın əsas cazibəsi öz ölçüsü ilə təəccüblüdür və heç bir şəkildə müasir bir stadionun ölçülərindən aşağı deyil. Bu qədim abidə yalnız daşdan tikilib. Əllərində kameraları olan yüzlərlə insan Kolizeyin ətrafında toplaşaraq, onun fonunda əlamətdar məkanı və özlərini çəkməyə çalışır. Kolizeydən bir qədər aralıda Konstantinin “Zəfər Tağı”nı və qədim Forumun digər tikililərini görürük. Bir az gəzdikdən sonra qərara gəlirik ki, Kolizeyi və onun ətrafını kəşf etməyə ayrıca ekskursiya ayırmaq daha yaxşı olar və Romada ilk axşam qastronomik ləzzətlər üçün daha münasibdir.

Kolizey ərazisində çoxlu maraqlı restoranlar var, biz ən çox müştərisi olan birini seçirik (əminlik əlaməti) və Neapolitan pizzası sifariş edirik (7 avro). Buradakı yazıda deyilir ki, Trattoria Luzzi 1945-ci ildən fəaliyyət göstərən tarixi bir qurumdur. Odun sobasında nazik qabıq üzərində pomidor, bol pendir və hamsi ilə bişirilən pizza nəinki dadlı, həm də doyumlu idi.

Kolizeydə turistləri nələrin gözlədiyi, onu ziyarət etmək üçün uzun bir növbədə dayanmağın və ya sadəcə xaricdən seyr etmənin daha yaxşı olub-olmaması, italyan dondurması, şabalıd və daha çox şey haqqında yazımızın növbəti hissəsində sizə məlumat verəcəyik. Bizi izləyin!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO