Roman Vlasov: Ən təhlükəli rəqiblər gənc güləşçilərdir
Bakı, 30 aprel, AZƏRTAC
Yunan-Roma güləşi üzrə rusiyalı idmançı, ikiqat Olimpiya çempionu Roman Vlasov (77 kq) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etməyin asan olmayacağını bildirib.
AZƏRTAC xəbər verir ki, bunu idmançı TASS agentliyinə verdiyi müsahibədə deyib.
“Son Avropa çempionatında görüşlər çətin keçdi. Daim özümü toparlamaq məcburiyyətində idim və çoxlu güc sərf etdim. Son vaxtlar çox sayda gənc güləşçi peyda olub və onlardan nə gözlədiyini bilmirsən. Ən təhlükəli rəqiblər gənc güləşçilərdir”, - deyə R.Vlasov əlavə edib.
Güləşçi dünya çempionatında Tokio Olimpiadasına vəsiqə əldə edəcəyinə ümid etdiyini deyib.
Tokio Olimpiadasına lisenziya verən dünya çempionatı sentyabrın 14-22-də Qazaxıstanın Nursultan şəhərində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:30]
Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]