Rosen Jelyazkov: Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri”ndən narahatıq
Bakı, 12 sentyabr, AZƏRTAC
Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “prezident seçkiləri”ndən narahatıq. Bu “seçkilər” Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi haqqında bəyanatları ilə ziddiyyət təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə Bolqarıstan Milli Assambleyasının sədri Rosen Jelyazkov söyləyib.
O qeyd edib ki, 1945-ci ildən sonra yaradılmış dünya nizamında ərazi bütövlüyü əsas rol oynayan prinsipdir. Bu prinsipin pozulması asan həll oluna bilməyəcək konfliktlərin yaranmasına gətirib çıxarır.
Bildirilib ki, Azərbaycan və Bolqarıstan coğrafi baxımdan uzaq regionlarda yerləşsələr də, bu regionlarda bənzər hadisələr baş verib. Hazırda mövcud olan vəziyyət, sadəcə, bəyanatların səsləndirilməsini deyil, uzunmüddətli sülhü təmin edəcək sazişin imzalanmasını tələb edir. Davranışlar səsləndirilən bəyanatlara uyğun olmalıdır. O, ölkəsinin Azərbaycanın sülh planını dəstəklədiyini bir daha bəyan edərək ümidvar olduğunu bildirib ki, vasitəçilərin də iştirakı ilə aparılan danışıqlar nəticəsində tezliklə sülh sazişi imzalanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]