Rövşən Hüseynli: Daha iddialı liqada oynamaq üçün “Astana”dan ayrıldım
Bakı, 30 iyun, AZƏRTAC
Qazaxıstanda gözəl mövsüm keçirdim. Əslində oradan ayrılmaq niyyətim yox idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qazaxıstanın “Astana” komandasından ayrılan futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli deyib.
O, ayrılıq səbəbini belə izah edib: “Astana” yeni mövsüm üçün yaxşı heyət formalaşdırırdı. Ötən mövsüm olduğu kimi, orada oyunçu və qapıçı məşqçisi olaraq işimə davam edəcəkdim. Lakin özüm tərəfdən sonradan fərqli qərar verildi. Sadəcə, daha iddialı və böyük liqalarda oynamaq üçün bu addımı atdım”.
Qeyd edək ki, Rövşən Hüseynli “Astana”ya ötən ilin yayında keçmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [18:49]
Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb
- 02.11.2026 [16:31]
“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq
- 02.11.2026 [16:27]
Azərbaycan basketbol millisi Serbiyaya yollanır
- 02.11.2026 [15:05]
Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib
- 02.11.2026 [15:00]
Azərbaycan idmançısı IMMAF Dünya Çempionatında ilk qələbəsini qazanıb
- 02.11.2026 [13:37]
“Vikinq”-“Sabah” oyununun hakimləri müəyyənləşib
- 02.11.2026 [13:06]