Rövşən Nəcəf: Neft-qaz sektoruna aid layihələrdə ekoloji məsələlərə diqqət yetirilməlidir
Bakı, 2 iyun, AZƏRTAC
Neft-qaz sektoruna aid layihələrdə ekoloji məsələlərə diqqət yetirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifələrini müvəqqəti icra edən Rövşən Nəcəf Bakı Enerji Forumunda deyib.
SOCAR rəsmisi bildirib ki, qaz layihələrinin reallaşdırılması üçün maliyyə institutları ilə əməkdaşlıq əlaqələri artırılmalıdır. Hazırda Xəzərin cəlbediciliyinin artırılması istiqamətində danışıqlar aparılır.
Rövşən Nəcəf qeyd edib ki, görüləcək bütün işlərin sıfır karbon emissiyası şərtlərinə əməl olunmaqla reallaşdırılması hədəflənib. Neft-qaz sektoruna aid layihələrdə ekoloji məsələlərə diqqət yetirilməlidir.