Ruanda soyqırımı qurbanlarının meyitləri eksqumasiya ediləcək
Qahirə, 15 sentyabr, AZƏRTAC
1994-cü ildə Ruandada soyqırımına məruz qalmış tustsi qəbiləsinin üzvlərinin meyitləri ölkənin şərqindəki Muqesera gölünün sahilindəki kütləvi məzarlıqdan çıxarılacaq (eksqumasiya ediləcək).
AZƏRTAC xəbər verir ki, soyqırımının 791qurbanının meyitlərinin olduğu kütləvi məzarlıq bu ilin yanvarında aşkar edilib.
Ruanda Soyqırımı Qurbanları Təşkilatının (IBUKA) məlumatına görə, bu məzarlıq ərazidə keçi otaran bir uşaq tərəfindən təsadüfən tapılıb. Təşkilatın sədri Jan-Pier Müsafiri bildirib ki, avqust ayından başlayan qazıntılar nəticəsində ərazidən 547 meyit çıxarılıb. Onun sözlərinə görə, bundan əvvəl də aşkar edilən insan sümüklərinin DNT testindən keçirilməsi üçün beynəlxalq qurumlara müraciət olunub.
Ruandada 26 il əvvəl hutu qəbiləsindən olan hakimiyyətin törətdiyi və 100 gün davam edən soyqırımı nəticəsində 1 milyona yaxın tutsinin qətlə yetirildiyi bildirilir. Onların 40 mini Rukumbelidə soyqırımı qurbanlarının məzarlığında dəfn edilib. 2018-2019-cu illərdə ölkənin 17 bölgəsində 118 mindən çox soyqırımı qurbanının meyiti tapılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]