Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUHU SAFLAŞDIRAN MUSİQİ

Sentyabrın 18-i - dahi Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə Milli Musiqi bayramı kimi qeyd edilir. Bu, həqiqətən böyük bayramdır: həmin gün biz dahi bəstəkarın, öz məsləkdaşı Müslüm Maqomayevlə birlikdə haqlı olaraq Azərbaycan professional musiqisinin banisi hesab edilən Üzeyir bəyin möhtəşəm melodiyalarını bir daha - yüzüncü, mininci, bəlkə də milyonuncu dəfə dinləmək, onların dərin mənası üzərində bir daha düşünmək imkanı əldə edirik.

Böyük sənətkarın əsərlərində elə bir ecazkar qüvvə var ki, hər kəs - musiqiyə birbaşa aidiyyəti olanlar da, olmayanlar da bu əsərlərin ruhunu anlayır, hiss edir. Bir də ki, hər bir həqiqi azərbaycanlının daxilində özünəməxsus bir musiqi səslənməsinə şübhə etməyə dəyməz. Bu təsəvvür bəlkə də xeyli dərəcədə onunla əlaqədardır ki, hamımızın sevdiyi və çox populyar olan xalq musiqisinin onlarca nümunəsi, onun qüdrətli qollarından biri olan muğamlar - “Rast”, “Şur”, “Segah”, “Bayatı Kürd”, “Qarabağ şikəstəsi” ... bizim milli ruhumuzla həmahəngdir.

Bu il Bakıda “Muğam dünyası” mövzusunda beynəlxalq elmi simpozium keçirilən günlərdə mən “Bizə ruh verən muğam” adlı bir məqalə yazmışdım. Elə simpozium günlərində mətbuatda çap edilmiş həmin məqalədə mən beynəlxalq forumun təşkilatçısı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan milli mədəniyyətinin qorunub saxlanması və inkişaf etdirilməsində misilsiz xidmətləri olan Mehriban xanım Əliyevanın simpoziumda açıqladığı fikirlərinə istinad etmişdim. Ölkəmizin birinci xanımı Azərbaycanın mədəni həyatında baş verən bir sıra hadisələrlə, o cümlədən müasir musiqi ilə muğam arasında çox sıx əlaqələr olmasını, muğam sənətinin sərrafı Üzeyir bəyin öz yaradıcılığı ilə ənənəvi muğam və müasir Azərbaycan musiqisi arasında özünəməxsus körpü yaratmağa müvəffəq olmasını vurğulamışdı. Üzeyir bəy 1908-ci ildə “Leyli və Məcnun” operasını - müsəlman Şərqində ilk operanı yaratmaqla Azərbaycanda milli opera sənətinin və bütövlükdə peşəkar bəstəkar yaradıcılığının əsasını qoymuşdur. Ötən əsrin 30-cu illərində isə Hacıbəyli Azərbaycan musiqi xəzinəsinə daha bir inci bəxş etdi. “Koroğlu” operası kimi bir şedevr yaratdı. Bu möhtəşəm səhnə əsəri milli musiqi sənətimizin klassik nümunəsinə çevrildi.

Beləliklə, Fikrət Əmirov, Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Şəfiqə Axundova və bir sıra bəstəkarların gələcək uğurlarının təməli qoyulmuş oldu. Məsələn, Fikrət Əmirovun simfonik muğamları vaxtilə ABŞ-da görkəmli dirijor Leopold Stokovskinin rəhbərliyi ilə Boston orkestrinin ifasında səslənmişdir. Azərbaycan bəstəkarlarının sonrakı nəslinin nümayəndələri Soltan Hacıbəyov, Arif Məlikov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Firəngiz Əlizadə və başqaları XX əsr Azərbaycan musiqisinin nailiyyətlərini daha da zənginləşdirmişlər.

Üzeyir Hacıbəylinin ad günü ərəfəsində dahi sənətkarın daha bir xidmətini xatırlamaq yerinə düşər. O, Azərbaycan xalq musiqisinin əsaslarına həsr edilmiş nadir tədqiqat işini öz davamçılarına miras qoyub getmişdir. Müəllif bu əsərdə müxtəlif muğam ladları əsasında yeni musiqi əsərlərinin yaradılması mexanizmlərini şərh etmişdir. Muğama həsr edilmiş simpoziumda Mehriban xanım Əliyevanın dediyi kimi, neçə-neçə nəslin sevdiyi, dildən düşməyən çoxsaylı əsərlərin müəllifi olan bu dahi bəstəkar həm ənənəvi muğam musiqisini, həm də Avropa simfonizmini eyni dərəcədə başa düşməyə, onların gözəlliklərini duymağa imkan verən musiqi təhsili sistemi yaratmışdır.

Ü.Hacıbəylinin möhtəşəm yaradıcılığı buna əyani sübutdur. Əvvəlcə onun özünün, sonralar isə şagirdlərinin və davamçılarının əsərləri bütün coğrafi hüdudları və dil maneələrini dəf edərək müxtəlif xalqlar arasında geniş yayılmış və sevilmişdir. Təkcə “Arşın mal alan” musiqili komediyasının adını çəkmək kifayətdir. Milli musiqi üslubu ilə Avropa professional musiqi bəstəçiliyi texnikasının sintezinə əyani nümunə olan bu əsər 40 dilə tərcümə edilmiş, dünyanın onlarca ölkəsinin səhnələrində tamaşaya qoyulmuşdur.

Sonralar Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri dünyanın bir sıra səhnələrində göstərilmiş, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti 30-a yaxın ölkənin tamaşaçıları tərəfindən alqışlanmışdır. Azərbaycan bəstəkarlarının əsərləri daim beynəlxalq müsabiqələrdə, musiqi simpoziumlarında, festivallarda səslənir, öz bənzərsizliyi, təravəti və yeniliyi ilə dinləyicilərin və tamaşaçıların ruhunu oxşayır. Məncə, bunun bir səbəbi də həmin əsərlərin “dilinin” dinləyicilər üçün anlaşıqlı və maraqlı, onların köklərinin doğma xalq musiqisinə bağlı olmasıdır.

Deyirlər, sənətkar öz milli mədəniyyətinə yalnız o halda xeyir verə bilər ki, o özü həmin mədəniyyətin içində, onun kontekstində yaşasın. Hörmətli xalq yazıçımız Anara məxsus olan bu fikirlə razılaşmamaq çətindir. İstedadlı musiqiçilər ailəsində böyümüş Üzeyir bəyin həyat və yaradıcılığı bunu təsdiq edir. Məlum olduğu kimi, o, xalq musiqisini kiçik yaşlarından öyrənmiş və sevmişdi, yaxşı muğam oxuyur, tar çalırdı. Bu qüdrətli istedadın mayası musiqi ilə yoğrulmuşdur.

Dəfələrlə yəqin etmişəm ki, həqiqətən yaxşı musiqi insanın qəlbinə yol tapır, xüsusi bir ovqat yaradır, hissləri oyadır, xatirələri canlandırır, müxtəlif assosiasiyalar doğurur. Musiqini dinlədikcə sanki insan yüksəklərə ucalır, ulu Tanrıya daha yaxın olur. Yaxşı musiqi bizi ruhən saflaşdırır, ucaldır. Bizə bu cür nemət bəxş edənlərə daim minnətdar olmalıyıq. Özü də bu sözlər təkcə musiqini yaradanlara aid deyil. Musiqini ifa edənlərdən də çox şey asılıdır.

Bu məqamda maestro Niyazinin fitri dirijorluq sənətini xatırlamaq istərdim. Musiqi bu insanın qanına-canına hopmuşdu. Maestro özü də gözəl musiqi nümunələri bəstələyirdi. Onun Azərbaycan bəstəkarlarının əsərlərini necə coşqun ilhamla təqdim etdiyini təsvir etməyə söz tapmaq çətindir. O, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev və digər bəstəkarların şah əsərlərini dinləyicilərə xüsusi şövqlə çatdırırdı.

Adətən, Azərbaycan musiqi sənətindən söz düşəndə mütəxəssislər onun janr rəngarəngliyini xüsusi qeyd edirlər. Bu da Hacıbəylidən başlanmışdır. Mahnı, romans, kamera-instrumental və simfonik janrın əsasını qoyanlardan biri o deyildimi?! İlk Azərbaycan kantataları, xalq çalğı alətləri orkestri üçün ilk əsərlər onun ilhamının məhsulu deyilmi?! Azərbaycan mədəniyyətinin patriarxının milli operanın və musiqili komediyanın banisi olması isə hamıya məlumdur.

Onun varisləri də eyni yol ilə getdilər. Qara Qarayev və Cövdət Hacıyevlə bərabər Arif Məlikov, Xəyyam Mirzəzadə, Musa Mirzəyev, Oqtay Zülfüqarov da instrumental pyeslər, trio və kvartetlər yazmışlar. Ötən əsrin 50-60-cı illərində Soltan Hacıbəyov, Cahangir Cahangirov, Rauf Hacıyev və Vasif Adıgözəlovun skripka üçün konsertlərinin ardınca Elmira Nəzirovanın fortepiano üçün konsertləri, onun Fikrət Əmirovla birlikdə yazdığı ərəb mövzularında konsert və bir sıra başqa gözəl əsərlər yaranmışdır. Haqlı olaraq dünya şöhrəti qazanmış Tofiq Quliyev isə ən müxtəlif janrlarda saysız-hesabsız mahnılar bəstələmişdir.

Ötən əsrin axırlarında coşqun inkişafının növbəti mərhələsinə qədəm qoymuş Azərbaycan musiqi mədəniyyəti müstəqillik illərində daha yüksəklərə pərvazlanmışdır. Azərbaycan musiqiçilərinin yaradıcılıq axtarışları davam edir. İncəsənət xadimlərimiz bu gün də maraqlı ideyalar irəli sürür, müasir musiqi mədəniyyətinin ən yaxşı ənənələrinə, yaşlı nəslin nümayəndələrinin, ilk növbədə böyük Üzeyir Hacıbəylinin qazandığı sənət nailiyyətlərinə, milli folklordan qaynaqlanan prinsiplərə əsaslanaraq, dünyada çox populyar olan musiqi əsərlərinin yeni parlaq nümunələrini yaradırlar.

Deyirlər, sivilizasiyanın uğurları istedadlı insanların sayı ilə ölçülür. Tarixin ayrı-ayrı mərhələlərini təmsil edən, əcdadlarımız və müasirlərimizlə gələcək nəsillər arasında əlaqə yaradan məhz belə insanlardır. Yuxarıda deyilənlərin mahiyyətinə dərindən varanda, öz yaradıcılığı ilə dünya mədəniyyəti xəzinəsinə əvəzsiz töhfələr vermiş Azərbaycan xalqının görkəmli nümayəndələrini xatırlayanda, bu sözlərin həqiqət olduğu şübhə doğurmur.

Elmira Əliyeva

AZƏRTAC-ın müxbiri

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib