Rumıniya nümayəndə heyəti Bakıda bəstəkar Corce Eneskunun abidəsini ziyarət edib
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də ölkəmizdə səfərdə olan Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bakının Binəqədi rayonu ərazisində yerləşən dahi rumın bəstəkarı Corce Enesku adına parkda olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Rumıniya parlament nümayəndə heyətinin üzvləri burada görkəmli bəstəkar Corce Eneskunun abidəsini ziyarət edərək, önünə güllər düzüblər, xatirəsini ehtiramla yad ediblər.