Rumıniyada avtoralli zamanı baş vermiş qəza nəticəsində altı nəfər xəsarət alıb
Buxarest, 18 sentyabr, AZƏRTAC
Rumıniyanın Krayova şəhərində avtomobil yarışı zamanı qəza baş verib.
AZƏRTAC xəbər verir ki, ralli zamanı avtomobillərdən biri yoldan çıxaraq tamaşaçıların üzərinə hərəkət edib. Nəticədə altı nəfər xəsarət alıb. Xəsarət alanlar arasında uşaqlar da var. Onların hamısı xəstəxanalara yerləşdirilib.
Hazırda hüquq-mühafizə orqanları avtomobilin texniki vəziyyətini yoxlayırlar.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]