Rumıniyada qədim Roma koloniyasının qalıqları aşkar edilib
Buxarest, 1 noyabr, AZƏRTAC
Rumıniyanın Alba-Yuliya şəhərində aparılan arxeoloji qazıntılar zamanı qədim Roma dövrünə aid “Aurelia Apulensis” adlı koloniyanın qalıqları aşkar olunub. Bu barədə “G4Media” məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, qazıntılar şəhərin yeni avtobus parkının tikintisi üçün nəzərdə tutulan ərazidə aparılıb. Milli Birlik Muzeyinin arxeoloqları tərəfindən həyata keçirilən tədqiqat zamanı qədim yaşayış evlərinin, küçələrin və tikili əsaslarının qalıqları müəyyən edilib.
Arxeoloq Radu Ota bildirib ki, tapıntı beynəlxalq miqyasda elmi əhəmiyyətə malikdir və Avropanın ən iri Roma arxeoloji komplekslərindən biri hesab olunur.
Mütəxəssislərin sözlərinə görə, “Aurelia Apulensis” koloniyası eramızın 107–108-ci illərində, imperator Trayanın hakimiyyəti dövründə salınıb. Həmin dövrdə şəhər Roma Daçiya vilayətinin əsas inzibati mərkəzlərindən biri, bir müddət isə onun paytaxtı olub.
Rumıniya mətbuatı bu arxeoloji tapıntını ölkənin qədim Roma irsinin yenidən öyrənilməsi baxımından mühüm hadisə kimi qiymətləndirib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]