Rumıniyanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb
Bakı, 26 may, AZƏRTAC
Rumıniyada keçirilmiş prezident seçkilərinin qalibi Nikuşor Dan parlamentin yuxarı və aşağı palatalarının birgə iclasında and içib.
AZƏRTAC xəbər verir ki, Nikuşor Dan bundan sonra prezident sarayına gedərək orada səlahiyyət müddəti başa çatan İlie Bolojanla görüşəcək.
Prezident seçkilərinin ikinci turunda Nikuşor Dana məğlub olan Corce Simionun “Rumınların Birləşməsi Uğrunda Alyans” millətçi partiyasının deputatları andiçmə mərasimində iştirak etməyiblər. Digər ölkələri seçki prosesinə müdaxilədə günahlandıran Simion səsvermənin nəticələrinin ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət etsə də, iddiası təmin olunmayıb.
Xatırladaq ki, mayın 18-də Rumıniyada keçirilmiş prezident seçkilərinin ikinci turunda Buxarest meri Nikuşor Dan 53,6 faiz səslə qalib gəlib. Onun əsas rəqibi, Corce Simion isə seçicilərin yalnız 46,4 faizinin səsini qazana bilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]
Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb
- 30.09.2026 [16:23]