RUS MÜNHAUZENİ 8 MART BAYRAMINI QEYD ETMİŞDİR
Kabarda-Balkariya Respublikasındakı Proxladnoye şəhərinin sakini V.Naqovo-Münhauzen iddia edir ki, tarixi sənədlərə görə, baron Münhauzen 1739-cu ilin yayında knyaginya Qolitsına ilə tanış olmuş və onların görüşlərinin nəticəsi kimi baronun nikahdankənar qızı dünyaya gəlmişdir. Qalmaqaldan qaçmaq üçün körpəni kazak atamanı Naqovitsının ailəsinə vermişlər. Naqovo-Münhauzen həmin körpənin nəticəsidir. İnişilədək Naqovitsın soyadını daşıyan Münhauzen onu Proxladnoye şəhər məhkəməsinin müvafiq qərarından sonra dəyişdirmişdir.
Naqovo-Münhauzen bildirmişdir ki, öz məşhur əcdadına ikiyə bölünmüş almatək bənzəyir. Baronun macərapərəst xarakteri və ədəbi qabiliyyəti də irsən ona keçmişdir. Belə ki, onun “Baron Münhauzenin kötükcəsinin XX-XXI əsrlərin ayrıcında qeyri-adi macəraları” adlı kitabı da çapdan çıxmışdır.
Müasir Münhauzen şəhərdəki baxımsız su qülləsində əcdadının muzeyini yaratmış, burada baronun göyə uçduğu mərmini, ilan qabığından tikilmiş şalvarını və ailəsi üçün müqəddəs olan digər əşyaları toplamışdır.