Rusiya 2,7 milyon vətəndaşın ölkədən çıxışına qadağa qoyub
Bakı, 21 avqust, AZƏRTAC
Rusiyanın Məhkəmə Pristavları Federal Xidməti 2018-ci ilin ilk yarısı üçün hesabatını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, hesabata əsasən, yanvar-iyun ayları ərzində vergi borclarına görə 2,7 milyon vətəndaşın ölkədən çıxmasının qarşısı alınıb. Bu rəqəm bütövlükdə 2016-cı ilin göstəricisi ilə müqayisədə çoxdur. 2016-cı ildə ümumilikdə 2,3 milyon vətəndaşın ölkədən çıxmasına qadağa qoyulmuşdu. Belə görünür ki, bu il ölkədən çıxışına məhdudiyyət qoyulmuş vətəndaşların sayı keçən ilkindən çox olacaq. Ötən il bu göstərici 3,4 milyon nəfər idi.
Altı ay ərzində geri alınmış vergi borcunun məbləği isə 321 milyard rubldan (3,88 milyard manat) çox olub. Bununla belə, yol cərimələrinin məbləğində azalma qeydə alınıb, pristavlar yol hərəkəti qaydalarını pozanlardan cəmi 6,2 milyard rubl (160 milyon manat) cərimə yığa bilib.
Pristavların təqdim etdiyi statistikaya əsasən, bu, son dərəcə təsirli tədbirdir, ilin ilk altı ayı ərzində ölkədən çıxışına qadağa qoyulmuş vətəndaşlar 31 milyard rubl (800 milyon manat) vergi borcunu büdcəyə ödəyib. Keçən ildə isə bütün il üzrə bundan az - 30 milyard rublun büdcəyə ödənilməsinə nail olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]