RUSİYA ALİMLƏRİ ƏFQANISTANDA MUZEY YARADACAQLAR
Sankt-Peterburq muzeyinin etnoqrafik ekspedisiyası Heratda işləmiş və gələcək muzey üçün kolleksiya toplamağa başlamışdır. Tədqiqatlar Əfqanıstan tərəfinin xahişi ilə 2003-cü ildən aparılır.
Muzey Heratın mərkəzində, XVII əsrin sonlarına aid olan binada yerləşəcəkdir. Binanın ətrafındakı qədim məhəllə isə muzeyin ekspozisiyasının bir hissəsi olacaqdır. Muzeyin gələcək əfqan əməkdaşları Peterburqda təcrübə keçəcəklər.
Əfqanıstanın qərbindəki Herat əyalətində və eyniadlı şəhərdə, əsasən, taciklər yaşayırlar. Herat haqqında məlumatlara hələ Makedoniyalı İsgəndərin dövründə rast gəlinir. Güman ki, bu şəhər daha əvvəllər bina edilmişdir. Orta əsrlərdə və Yeni dövrdə Herat mühüm mədəni və siyasi mərkəz, çoxsaylı münaqişələr meydanı idi. Şəhərdə ən məşhur miniatür mərkəzi fəaliyyət göstərmiş, Əlişir Nəvai və Cami kimi şairlər yaşamışlar. XIII əsrə aid Cümə məscidi və Müsəlla ansamblındakı Gövhərşad və Abdulla Ənsari türbələri Heratın məşhur memarlıq abidələrindəndir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]