Rusiya bazarında Azərbaycan məhsullarının təşviqinə dair müzakirələr aparılıb
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun təşəbbüsü ilə Rusiya bazarında ölkəmizin məhsullarının təşviqi ilə bağlı onlayn müzakirələr keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkəmizin Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təmsilçilərinin və iş adamlarının iştirakı ilə keçirilən tədbirdə Ticarət Nümayəndəliyinin əməkdaşı Namiq Xəlilov Azərbaycan ixracatçılarının dəstəklənməsi və Rusiya bazarında məhsullarımızın təşviqi üzrə kompleks sistem olan “Azərbaycanın Ticarət Evi” layihəsi haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, “Azərbaycanın Ticarət Evi” konsepsiyası Rusiya bazarının xüsusiyyətlərini nəzərə alınmaqla hazırlanmış və icrasına başlanıb.
AZPROMO-nun İxracın təşviqi departamentinin direktoru Fuad Cəfərov ölkəmizin ixrac imkanları, ixracın genişləndirilməsi istiqamətində AZPROMO-nun həyata keçirdiyi tədbirlər barədə danışıb.
Tədbir çərçivəsində iş adamları arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri müzakirə edilib, suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:23]
® “Expressbank” sahibkarlara 100 000 manatadək mikro kredit təklif edir
- 24.09.2026 [16:10]
® “Bakcell”də hədiyyə mövsümü başladı
- 24.09.2026 [16:01]