RUSİYA DİPLOMATLARIN QATİLLƏRİ HAQQINDA İNFORMASİYAYA GÖRƏ 10 MİLYON DOLLAR MÜKAFAT VERƏCƏK
Patruşev demişdir ki, RMATK qatillər barədə informasiyaya görə 10 milyon dollar məbləğində mükafat ödəyəcəkdir.
Xatırladaq ki, Prezident V.Putin xüsusi xidmət orqanlarına ölkə vətəndaşlarını İraqda qətlə yetirən cinayətkarların axtarışı və məhv edilməsi üçün bütün tədbirləri görmək göstərişi vermişdir.
ABŞ Dövlət Departamenti qatilləri taparaq cəzalandırmaqda Rusiyaya kömək etməyə hazır olduğunu bildirmişdir. ABŞ xarici siyasət idarəsi mətbuat katibinin müavini Adam Ereli jurnalistlərə demişdir: “ABŞ araşdırma aparılmasına çalışır və Rusiya hakimiyyət orqanlarının ədalətə nail olmaq arzusunu bəyənir. ABŞ cinayətkarları cəzalandırmaq üçün İraq və Rusiya ilə birgə fəaliyyət göstərməyə hazırdır”.