RUSİYA DÖVLƏT DUMASININ SƏDRİ BORİS QRIZLOVUN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Baş nazir qonaqları salamlayaraq, əmin olduğunu bildirmişdir ki, belə mötəbər nümayəndə heyətinin səfəri Azərbaycan–Rusiya münasibətlərinin genişləndirilməsində daha bir stimul olacaqdır. Vladimir Putin Rusiya dövlətinin başçısı seçiləndən sonra ölkələrimiz arasında ikitərəfli münasibətlər keyfiyyətcə yeni səviyyəyə qalxmışdır. İqtisadi əməkdaşlığımız fəal surətdə inkişaf edir, əmtəə dövriyyəsi ilbəil artır. Yaxın günlərdə Bakıda iki ölkənin işgüzar dairələri nümayəndələrinin iştirakı ilə Azərbaycan–Rusiya iqtisadi forumu keçiriləcəkdir.
Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan, bu sahədəki nailiyyətlərdən danışan Baş nazir, eyni zamanda demişdir ki, hələ də davam edən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkənin başlıca problemi olaraq qalmaqdadır. O, Boris Qrızlova Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinin əks etdirildiyi xəritəni göstərmişdir.
Sonra separatizmlə mübarizə və ölkələrimiz arasında münasibətlərin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.
Qəbulda Baş nazirin birinci müavini Abbas Abbasov, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov iştirak edirdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]