RUSİYA FEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB DMİTRİ MEDVEDEVƏ
Hörmətli Dmitri Anatolyeviç,
Vladiqafqazda törədilmiş terror aktı nəticəsində insanların həlak olması haqqında xəbər məni dərindən sarsıtdı.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların qohumlarına və yaxınlarına səmimi başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 noyabr 2008-ci il.