RUSİYA FEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR PUTİNƏ
Hörmətli Vladimir Vladimiroviç,
Dövlət bayramı - Rusiya günü münasibətilə Sizi və bütün Rusiya xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.
Şadam ki, bu gün Rusiyada dövlətçiliyin möhkəmləndirilməsi, mühüm sosial-iqtisadi, ictimai-siyasi dəyişikliklərin həyata keçirilməsi prosesi uğurla gedir. Rusiyanın dünya birliyində nüfuzu durmadan artır, mövqeləri möhkəmlənir.
Ölkələrimizi və xalqlarımızı əsrlərdən bəri sıx mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma telləri bağlayır. Əminəm ki, bundan sonra da bizim birgə səylərimiz dövlətlərimizin, Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin mənafeləri naminə Azərbaycanla Rusiya arasında sıx, qarşılıqlı surətdə faydalı və konstruktiv əməkdaşlığın, strateji tərəfdaşlığın inkişafına və möhkəmlənməsinə yönəldiləcəkdir.
Hörmətli Vladimir Vladimiroviç, Sizə və bütün dost Rusiya xalqına böyük uğurlar, sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 may 2007-ci il.