İDMAN
RUSİYA MÜTƏXƏSSİSLƏRİ AZƏRBAYCAN GİMNASTİKA FEDERASİYASINA KÖMƏK EDİRLƏR
Xatırladaq ki, indiki proqram Dünya kubokunun avqustda Bakıda keçirilən mərhələ yarışı ərəfəsində qısa müddətdə hazırlanmışdır. Lakin onu təkmilləşdirməyə ehtiyac var idi. O vaxt Azərbaycan Milli Elmlər Akademiyasının Ə.Hüseynov adına Kibernetika İnstitutunun “Kibernetika” xüsusi konstruktor bürosu mütəxəssislərinin hazırladığı proqram təminatı üzrə məsləhətləşmələr keçirilmişdir. M.Kolıçev demişdir: “Biz proqramın qüsurlarının hakimlərin işinin rahatlığı üçün təkmilləşdirilməsi barədə fikir mübadiləsi apardıq. Bu proqramda başlıca yenilik bundan ibarətdir ki, o, informasiyanı işıq lövhəsində vaxtında əks etdirməyə imkan verəcəkdir”. Onun fikrincə, hakimlər üçün müasirləşdirilmiş proqram Dünya kubokunun aprelin 24-25-də Bakıda keçiriləcək növbəti mərhələsinədək tam hazır olmalıdır. O bildirdi ki, Ümumrusiya Bədii Gimnastika Federasiyası daxili yarışlar keçirilərkən hakimlik üzrə bu cür proqramdan istifadə edir. Yeri gəlmişkən, Rusiya mütəxəssisləri Azərbaycan Gimnastika Federasiyasında birləşən oxşar idman növləri – idman gimnastikası, idman akrobatikası və tramplin-tamblinq üçün də proqram təminatı üzrə tədbirlər planı hazırlamışlar.