Rusiya Prezidenti beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşəcək
Moskva, 4 iyun, AZƏRTAC
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüş keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Forum zamanı V.Putin beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə ənənəvi görüş keçirəcək. Bu görüş, iyunun 5-də saat 14:00-da, yəni, forumun açılışından əvvəl olacaq”, - Y.Uşakov deyib.
Qeyd edək ki, Rusiya Federasiyası Prezidentinin PBİF çərçivəsində informasiya agentliklərinin rəhbərləri ilə görüşünü ənənəvi olaraq TASS agentliyi təşkil edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]