RUSİYA PREZİDENTİ VLADİMİR PUTİNİN TÜRKİYƏYƏ RƏSMİ SƏFƏRİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 6-da Ankaraya rəsmi səfərə gələn Rusiya Federasiyasının prezidenti Vladimir Putin əvvəlcə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məqbərəsini - “Anıtqəbir”i ziyarət edərək əklil qoymuşdur. Rusiya rəhbəri böyük Atatürkün xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, məqbərənin xatirə kitabına ürək sözlərini yazmışdır.
“Çankaya” köşkündə rəsmi qarşılama mərasimindən sonra Türkiyə və Rusiya prezidentlərinin başçılığı ilə heyətlərarası danışıqlar aparılmışdır. Danışıqlar başa çatdıqdan sonra dövlət başçıları “Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında dostluğun və çoxsahəli tərəfdaşlığın dərinləşdirilməsi haqqında birgə Bəyannamə” imzalamışlar. Prezidentlərin iştirakı ilə üç hökumətlərarası saziş və digər sənədlər də imzalanmışlar.
Dekabrın 6-da Rusiya prezidenti Vladimir Putin Türkiyə Böyük Millət Məclisinin sədri Bülənd Arınç və Türkiyə-Rusiya parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşmüşdür. Görüş zamanı parlamentlərarası əlaqələrin inkişafı, bəzi regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Həmin gün Prezident Vladimir Putin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ankaradakı Türkiyə Ticarət və Birjalar Palatasında Türkiyə və Rusiya iş adamlarının da dəvət olunduqları forumda iştirak etmişlər. Sonra Rusiya prezidenti və Türkiyənin Baş naziri arasında təkbətək görüş keçirilmişdir.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]