RUSİYA QIRĞIZISTANDAN ƏT İDXALINI QADAĞAN ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Xidmətin mətbuat üçün məlumatında bildirilir ki, məhdudiyyət Qırğızıstanda aydın olmayan epizootik vəziyyətlə əlaqədar avqustun 22-dən tətbiq edilir.
Son bir həftədə Xidmət xaricdən ət idxalına artıq üçüncü dəfədir qadağa qoyur. Avqustun 21-də Hollandiyada quşların H7 serotip qripinə yoluxması ilə əlaqədar bu ölkədən diri quş və hər növ quşçuluq məhsulu gətirilməsi məhdudlaşdırılmışdır. ABŞ-ın Miçiqan ştatında quş qripi epidemiyası ilə əlaqədar oradan Rusiyaya hər növ quşçuluq məhsulu gətirilməsinə də müvəqqəti qadağa qoyulmuşdur.