Rusiya Sankt-Peterburqun Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürmək istəyir
Bakı, 7 fevral, AZƏRTAC
Sankt-Peterburq Olimpiya paytaxtı olmağa layıqdır və 2028-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS-a sözügedən şəhərin qubernatoru Qeorqiy Poltavçenko Rusiyanın Baş nazirinin müavini Dmitri Kozakın bu mövzuda açıqlamasını şərh edərkən məlumat verib.
“Mən 90-cı illərdə Sankt-Peterburqun 2004-cü il Olimpiya Oyunları üçün namizədliyini yaxşı xatırlayıram. Şübhə etmirəm ki, o vaxt kimi indi də bizim şəhər Olimpiya paytaxtı olmaq adına layiqdir. Əgər bütün ölkə və Rusiya Olimpiya Komitəsi Sankt-Peterburqun namizədliyini təsdiqləyərsə, biz öz tərəfimizdən nə lazımdısa edəcəyik”, - deyə qubernator əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]