Rusiya şirkəti Azərbaycanın sənaye zonasında elektrik sayğacları istehsalında maraqlıdır
Bakı, 1 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında Rusiyanın “Milur İS” MMC şirkətinin bir qrup əməkdaşı ilə görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, qurumun İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada iş adamları üçün yaradılan şərait, mövcud investisiya imkanları barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib. Şirkət nümayəndələri təmsil etdikləri korporasiyanın fəaliyyətindən danışıb, sənaye zonasında elektrik sayğaclarının istehsalı layihəsinin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.
Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkının ərazisində görülmüş işlərlə tanış olublar.