Rusiya şirkəti Çinə göndərilən quş əti məhsullarında COVID-19 virusunun tapılmasını araşdırır
Moskva, 4 fevral, AZƏRTAC
Rusiyanın “Çerkizov” ərzaq istehsalı şirkəti Çinə göndərilən quş əti məhsullarında COVID-19 virusunun tapılmasını araşdırır.
AZƏRTAC xəbər verir ki, şirkətin fevralın 4-də yaydığı press-relizdə bu barədə məlumat verilir.
Qeyd edək ki, Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Agentliyi (“Rosselxoznadzor”) Çində “Çerkizov” qrupuna aid quş əti bağlamalarında koronavirus aşkarlandığı barədə məlumat yaymışdı. İnfeksiya şirkətin Bryansk, Voronej və Kursk vilayətlərindəki müəssisələrində istehsal olunmuş məhsulların qablaşdırmalarının üstündə tapılıb. Hazırda Çin bu müəssisələrdən məhsul idxalını dayandırıb.
Şirkətdən bildiriblər ki, COVID-19 quş məhsullarının bağlamalarında aşkar olunsa da, ətin özündə virus tapılmayıb.
“Çerkizov” şirkəti quş əti məhsullarının bağlamalarına daşınma zamanı hansı mərhələdə koronavirus düşdüyünü araşdırmağa başlayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]