Rusiya teatrının solistləri Bakıda çıxış edəcək
Bakı, 21 fevral, AZƏRTAC
Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşaçıların çox sevdiyi və böyük maraq göstərdiyi balet 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr ediləcək.
Tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Alyona Kovalyova (Odetta-Odilliya) və Yakopo Tissi (Şahzadə Ziqfrid) ifa edəcəklər. Rusiyalı balet ustaları ilə bərabər tamaşada teatrımızın solistləri Xalq Artisti Gülağası Mirzəyev, Əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, aparıcı solistlər Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova, Failə Bolqarova, Mehman Mərdanov, Leyla Narimanidze və Dilarə Mehdiyeva iştirak edəcəklər.
Səhnə əsəri Xalq Artisti, professor Cavanşir Cəfərov tərəfindən idarə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]